Dünən Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb.
Bbarədə Ədliyyə Nazirliyindən məlumat verilib.
"1 iyun saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib", - deyə qeyd edilib.
Bildirilib ki, hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisə nahar vaxtı baş verdiyi üçün faciənin miqyası böyüməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.