"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlı layihəsinin icrasını davam etdirir"- bu fikirləri adıçəkilən birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.QHT rəhbəri bildirib ki, layihə çərçivəsində Qəbələ rayonunda formalaşan altı bələdiyyədə geniş tərkibdə görüşlərin keçirilməsi başa çatıb.
Qəbələ RİH-in dəstəyi ilə rayonun Qəbələ, Vəndam, Nohurqışlaq, Zarağan, Nic və Mıxlıqovaq bələdiyyələrində keçirilən görüşlərdə adıçəkilən bələdiyyənin sədr və qulluqçuları ilə yanaşı Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif Mahmudov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi rəisi Tərxan Tahirli və xidmətin əməkdaşları iştirak ediblər.
Hər bir görüşdə layihə rəhbəri Vüqar Tofiqli (Cəfərov) bələdiyyələrin üzərində düşən məsuliyyət yükündən, bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsindən, bələdiyyələrin üzləşdikləri problemlərdən və onların həlli yollarından danışaraq layihədə nəzərdə tutulmayan Qəbələ bələdiyyələrinin son iyirimi illik fəaliyyətinə həsr olunan hesabatı da təqdim edib. Hesabatda həmçinin Qəbələ rayonunda qedyiyyatda olan və qeydiyyata düşməyən maddi-mədəni irs nümunələrinin siyahısı da daxil edilib.
Vüqar Tofiqli Qəbələ bələdiyyələrinin ölkə bələdiyyələri sırasında xüsusi çəkiyə sahib olduğunu, o cümlədən Qəbələnin həm də qədim tarixiə sahib olduğunu, məhz bu səbəbdən də rayonda mühafizə olunmalı çoxsaylı mədəni irs nümunələrinin olduğunu qeyd edib. Layihə çərçivəsində aparılan müşahidələr zamanı həm Vəndam, həm də Nic kəndində hətta qeydiyyata düşməyən mədəni irs nümunələrinə bələdiyyə sədrlərinin və dövlət xidməti əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir.
Layihə rəhbəri qeyd edib ki, bələdiyyələrin büdcə gəlirləri imkan vermiş olsa maddi mədəni irs nümunələrinin mühafizəsində Qəbələ bələdiyyələri öz töhflərini verə bilərlər.
İstənilən halda, xüsusən də Vəndam və Nic bələdiyyələri bu işdə aktivliyi ilə seçilsələrdə müəyyən maliyyə məhdudiyyəti bu işi tam şəkildə həyata keçirməyə imkan vermir.
Görüşdə Şəki regional ədliyyə idarəsinin baş məsləhətçisi Maarif Mahmudov tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini bildirib. Görüləcək işlər isə müəyyən mənada maliyyə tələb etdiiyndən bələdiyyələr vergi yığımında diqqətlə yanaşmalı, yerli vergi və ödənişlərin məcburi qaydada ödənilməsinin təmin edilməsi, bu məqsədlə müvafiq rayon İcra və probasiya şöbəsinə müraciət edilməsini təmin etməli olduqlarını bildirib.
Görüş zamanı “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə əlaqədar qanun və alt normativ hüquqi aktların ayrı-ayrı müddəaları iştikaçılarla müzakirə olunub.
Görüşlərdə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi rəisi Tərxan Tahirli mövzunun aktual olduğunu və bu işdə Dövlət xitməti tərəfindən ciddi layihələrin icra edildiyini qeyd edib. Xidmət rəisi qeyd edib ki, göründüyü kimi layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır. Bu işdə sözsüz ki, bəılədiyyələrdə öz töhfələrini verə bilərlər.
Tərxan Tahirli hər br bələdiyyə ilə əməkdaşlığa, həmçinin bələdiyyələrə hər bir metodik dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Sonda layihə rəhbəri dövlət xidmətinin rəsmilərinin, bələdiyyələrin və yerli ictimaiyyətin üzvlərinin iştirakı ilə komissiya yaradılmasını təklif edib. Komissyanın əsas məqsədi isə qeydiyyata düşməyən abidələrin müəyyən edilməsinə, habelə bu abidələrin qedyiyyata alınması üçün lazımı sənədləşdirmə işlərinə dəstək verilməli olduğunu qeyd edib.
Görüşlərdə iştirak edən bələdiyyələrin sədr və qulluqçuları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildiriblər.
Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Bu sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar öz əksini tapacaq. Hazırlanacaq sosial çarx müasir texnologiyaların imkanlarından istifadə edərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanacaqdır.
Sədr yekunda qeyd edib ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctmaİ birliyi layihə çərçivəsində nəzərdə tutulan işləri vaxtında və layiqincə həyata keçirməklə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin göstərdiyi etimadı doğruldacaq.
Fotolar