AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Krışası" sayəsində 27 ildir Gənclər və idman idarəsinə hərbi xidmətdə olmayan ll qrup əlil rəhbərlik edir -ŞİKAYƏT

  • + A
  • - A
  • 5-12-2022, 09:49

    "Krışası" sayəsində 27 ildir Gənclər və idman idarəsinə hərbi xidmətdə olmayan ll qrup əlil rəhbərlik edir -ŞİKAYƏT

    Azadmedia.az-a bir qrup şikayətçi Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasovla bağlı şikayət məktubu yollayıb və saytımız vasitəsilə cənab Prezident İlham Əliyevə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova müraciət ediblər.
    Şikayətçilər bildirir ki, Elçin Qiyasov 27 ildir ki, Saatlı rayonunun İdman idarəsinə rəhbərlik edir. Heç bir idman dərəcəsi yoxdur, ikinci qrup əlildir və əsgərlikdə belə olmayıb.
    Sadəcə olaraq adını öyrənməyə çalışdığımız yüksək vəzifəli bir şəxs bu Elçin Qiyasova “krişalıq” edir və o da “yapışıb” qalıb bu kresloda. Saxta yarışlar tərtib edərək Dövlətin büdcəsindən pullar mənimsəyir. Bu şəxs hələ bu günə kimi Saatlı rayonunun idmanına heç bir təkan verməyib. Əgər Saatlı rayon Gənclər və İdman İdarəsində ciddi maliyyə yoxlamaları getsə Elçin Qiyasov birmənalı olaraq həbs olunmalıdır.
    Şikayətçilər bildirir ki, dəfələrlə qanunsuz hərəkətlərinə və Dövlət büdcəsindən yeyinti hallarına görə Elçin Qiyasov barəsində ciddi tədbir görmək istəyiblər lakin “sehirli güc” buna mane olub və Elçin Qiyasovu həbs etməyiblər. Elçin Qiyasovun “sayəsində” Saatlı rayonunun idmanı demək olar ki, bərbad hala düşüb. Baxın Saatlı rayon Gənclər və İdman İdarəsinin Əsasnaməsinə, görün əslində hansı işlər görülməlidir və nəyə görə bu işlər görülmür? Ölkə Başçısının idmana bu qədər diqqət ayırdığı hər kəsə məlumdur, bəs Elçin Qiyasov işlədiyi bu 27 ildə Saatlı rayonunun İdmanı və Gəncləri üçün nə edib? Cavab heçnə etməyib, ancaq və ancaq Dövlət büdcəsindən ayrılan vəsaiti müxtəlif saxta sənədləşmələr aparmaqla mənimsəyib və “yuxarıda” oturan vəzifəli şəxsin “krişalığı” ilə bütün yeyintilərini ört bastər edib. Necə deyərlər əl əli yuyar əl də qayıdıb üzü yuyar. Ümüd edirik ki, Kütləvi İnformasiya Vasitələri bu məsələni işıqlandıracaq və Elçin Qiyasov barəsində ciddi araşdırılmalar aparılacaqdır. Ümüd edirik ki, bir çox məmurlar kimi
    Elçin Qiyasov da Dövlətdən yediyi pulları qəpiyinə kimi Dövlətə geri qaytaracaqdır.
    Sonda qeyd edilib ki, mediada yayımlanacaq bu xəbərə görə məsuliyyət şikayətçilərə aiddir. Xahiş edirlər ki, mediada yalnız müraciətin mətnini paylaşaq və şəxsi məlumatlarımını gizli saxlayaq.
    Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR