AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

  • + A
  • - A
  • 21-08-2021, 17:55



    İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

    Elə gün olmur ki, dünya mətbuatı hansısa Avropa ölkəsində və ya yaxın Rusiyada qeyri-millətlərdən, qeyri-dinlərdən olan insanlara qarşı törədilən hücumdan və ya zorakılıqdan yazmasın. Dünya sözün böyük mənasında dini və milli dözümsüzlükdən əziyyət çəkir. Bu, özünü miqrantların Avropa ölkələrinə son köçündə də göstərib.

    Etiraf edək ki, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi dünya səviyyəsində yetərincə dəstəklənmir. Fikrimizcə, bu da bəzi dövlətlərin söz açdığımız məsələyə can-dildən yanaşmamalarından irəli gəlir. Yəni bəzi xristian ölkələr bu məsələdə heç də səmimi deyillər. Buna nümunə olaraq, Azərbaycan-Ermənistan münasibətlərində bir sıra xristian dövlətlərinin terror dövlətini müdafiə etməsini göstərə bilərik. Bu gün Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi terrorizimin beynəlxalq hüquq müstəvisində cavabının verilməməsi Ermənistanın xristian dövlət olmasına görədir. Bu kimi dövlətlər həmçinin İslam dinini, onun mənsublarını dünyanın gözündən salmaq üçün terrorçu dəstələr, qruplar, cəmiyyətlər qurur, sonra səhnəyə çıxarır, cinayətlər törətdirir, qatili müsəlman olaraq təqdim edirlər. Buna misal olaraq Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” terror qruplaşmasını misal göstərə bilərik. Əslində onlar bununla daxili problemlərini ört-basdır etməyə, əhalinin başını olmayan bir məsələ ilə qatmağa, diqqəti öz çirkin əməllərindən yayındırmağa çalışırlar.

    Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün dünyada baş verən münaqişələrin təməlində din faktorunun dayanması inkarolunmaz həqiqətdir.

    Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə bildirib ki, bundan 6-7 il əvvəl cənab Prezident İlham Əliyev tərəfindən Azəbaycanda İlahiyyat İnstitutunun yaradılması, sonrakı illərdə İslam ilinin qeyd olunması ilə bağlı qərar verildi: “O dönəmlərdə bir neçə ölkədə dövlət çevrilişləri var idi. Bu çevrilişlərdə nə qədər insan həyatını itirdi. Dövlətlərin iqtisadiyyatının və insanların həyatının riskdə olduğunu görən İlham Əliyev cənabları yeganə dövlət başçısı olaraq, bütün dünyaya İslam dövlətlərinin birləşməsini elan etdi. Təbii ki, o dönəmdə heç bir dövlət başçısı qorxudan onu etməzdi. Sonrakı dönəmlərdə də Şeyxülislam həzrətləri başda olmaqla, Azərbaycan Respublikasının din mənsubları bir neçə ölkədə dini konfransların keçirilməsi, qətnamələrin qəbul olunması ilə bağlı qərarlar qəbul etdilər. Bu gün də bu sahədə cənab İlham Əliyev fəaldır. Xristian ölkələrin isə İslamı dəstəkləməməsinə səbəb bu dinə olan fobiyalarıdır. Onlar həqiqi İslamdan qorxurlar. Bəzi ölkələrdə İslamın qaydalarnı qabardırlar və bu dini dağıtmağa çalışırlar. Bir sıra ölkələrdə şəriət adı altında vəhşilik edərək insanları qorxudur və İslamı nüfuzdan salmağa çalışırlar. Əfqanıstanda haimiyyətə gəlmiş “Taliban” haqqında isə hələ danışmaq istəməzdim. Çünki bu hakimiyyətin fəaliyyətini qiymətləndirmək üçün hələ tezdir. Bu gün “Taliban”la bağlı bir sıra ölkə mətbuatında yazılar dərc olunur, onları vəhşi kimi göstərirlər”.

    Millət vəkli qeyd edib ki, bu addımla bəzi ölkələr özlərini demokratiya hesab etsə də, əsl üzlərini göstərmiş olurlar: “Elə buna ən əsas nümunə, Azərbaycan-Ermənistan münqaişəsində xristian dövlətlərin səssiz qalmasıdır. Hətta bir sıra ölkələr bu otuz il müddətində Qarabağla bağlı dünyanı yanlış fikirə yönəltdi. Bildiyiniz kimi, Qarabağ kimi mübahisəli məsələ dünyanın 18 ölkəsində davam edir. Lakin bunların caynağından çıxa bilən yeganə dövlət Azərbaycan oldu. Biz Ali Baş Komandanmızın rəhbərliyi, hərbiçilərimizin gücü və qardaş ölkənin siyasi dəstəyi ilə Qarabağı azad edə bildik. Bu da bizim millətlərarası münasibətlərimizin inkişafından xəbər verir. Azərbaycan dövləti dini və milli tolerantlıq baxımından dünyanın ən aparıcı dövlətləri ilə belə müqayisədə daha çox inkişaf edib. Bu gün Azərbaycan dövləti onun ərazisində yaşayan qeyri-müsəlman vətəndaşlarına bərabər və ədalətli şəkildə yanaşır. Bu gün ölkəmizdə yaşayan müsəlman, xristian, iudaizm, katolik və digər dinlərdən olan insanlar bərabər şəkildə yaşayır və bir-birlərinə dəstək olurlar. Ölkəmizdə dini tolerantlıq olduqca inkişaf edib”.

    Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR