AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vladimir Putinin andiçmə mərasimi keçiriləcək - KİV

  • + A
  • - A
  • 7-05-2024, 12:44

    Vladimir Putinin andiçmə mərasimi keçiriləcək -


    Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

    Belə ki, Prezidentin andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi gözlənilir. Həmin andan Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.

    Həmçinin Böyük Kreml Sarayında keçiriləcək andiçmə mərasimi yerli telekanallar tərəfindən canlı yayımlanacaq.

    Qeyd edək ki, bu, Putinin siyasi karyerasında 5-ci andiçmə mərasimi olacaq.

    Xatırladaq ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR