AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 yaşlı qızla evlənib üzərində siqaret söndürənə bu cəza verildi

  • + A
  • - A
  • 4-05-2023, 13:24

    15 yaşlı qızla evlənib üzərində siqaret söndürənə bu cəza verildi


    Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib.

    Bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib.

    Belə ki, keçən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb. Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb. Onun üzərində siqaret söndürüb. Daha sonra Ç.Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib.

    T.Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib. Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib.

    Məhkəmə faktları nəzərə alaraq, T.Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR