Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, aprelin 3-dən aprelin 30-dək dünyada koronavirus infeksiyasından ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 30%, yoluxanların sayı isə 17% azalıb.
Ümumdünya Səhiyyə Təşkilatının bülleteninə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.
Azadmedia.az quruma istinadla xəbər verir ki, 28 gün ərzində ən çox yoluxma ABŞ-da aşkarlanıb - 392 480. Sonrakı yerlərdə Koreya Respublikası (330 509), Yaponiya (251 158), Hindistan (222 784) və Fransa (197 190) gəlir. Aprelin 3-dən aprelin 30-dək ABŞ-da ən çox ölüm qeydə alınıb - 5263. İkinci yerdə Braziliya (1255), Rusiya (993), Fransa (871) və İran (762) gəlir.
Mayın 3-nə ÜST pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma halı və 6 921 614 ölüm halı alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.