Sumqayıt şəhər prokurorluğunun məlumatı
İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda istintaq tədbirləri davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.