AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda vəzifəli şəxs hoteldə öldü - YENİLƏNİB

  • + A
  • - A
  • 27-06-2023, 10:40

    Azərbaycanda vəzifəli şəxs hoteldə öldü - YENİLƏNİB


    Oğuzda hoteldə vəfat edən Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib.

    Azadmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.


    Faktla bağlı araşdırmalar davam etdirilir.

    İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.

    ***09:42

    Oğuzda yerləşən hoteldə ölüm hadisəsi baş verib.

    Hadisə Oguz şəhər ərazisində yerləşən "Səma" hoteldə qeydə alınıb.

    Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər hoteldə ürəktutmasından vəfat edib.

    Məlumata görə, 57 yaşlı S.Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb hoteldə qalarkən özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağrılaraq iynə də vurulub. Bu gün səhər hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR