Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəricilərinin norma daxilində olduğu müəyyən edilib.
Bunu Azadmedia.az-a Milli Hidrometeorologiya Xidmətunin rəisi Nazim Mahmudov bildirib.
Xidmət rəisinin sözlərinə görə, hava şəraitinin yağıntılı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.
"Gün ərzində atmosfer havasının keyfiyyətinin əlverişli və oksigenlə zəngin olacağını demək olar",- deyə N.Mahmudov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.