Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə qadını öldürməkdə təqsirləndirilən Seymur Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim İslam Neymanovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Seymur 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib.
Belə ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzadan narazı qalan məhkum Ali Məhkəməyə üz tutub.
Xatırladaq ki, cinayətin üstü "Səni axtarıram" verilişində açılmışdı.
Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Seymur Elxan oğlunun 22.02.2020-ci il tarixdə saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qətlə yetirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.