AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Digahda 4 nəfər bıçaqlandı - Üçü bir ailənin üzvüdür

  • + A
  • - A
  • 3-07-2023, 11:57

    Digahda 4 nəfər bıçaqlandı - Üçü bir ailənin üzvüdür

    İyulun 3-də saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a bildirilib ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

    Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir.

    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR