Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.
Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.