DİN-in müraciətindən sonra vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir
Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini
könüllü olaraq təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.
Həmçinin, Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatıb olması barədə daxil olan məlumat əsasında Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib. Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 1 ədəd “Kalaşnikov” atomatı, 72 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd qumbara aşkar olunaraq götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.