AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq

  • + A
  • - A
  • 8-02-2026, 12:30

    "Böyük Dəbilqə": Azərbaycanın 5 cüdoçusu mübarizəyə qoşulacaq


    Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turniri başa çatacaq.

    Sonuncu yarış günündə üç çəki dərəcəsində 5 cüdoçumuz 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq.

    81 kq çəki dərəcəsində Zelim Tçkayev, Vanq Cian-nan (Çin) - Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün,Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) - Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

    100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.

    +100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

    Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR