"Qara bazar" çökür: dollar ucuzlaşır
May ayının 3-də "qara bazar"da dollar nisbi ucuzlaşıb.
Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı yenidən 1.6600 manata, satışı isə 1.6700 manata düşüb.
Qeyd edək ki, ötən gün valyuta hərracı öncəsi "qara bazar"da ABŞ valyutası 1.6650 manata alınıb, 1.6750 manata satılırdı. Bu arada, banklarda dollar və avronun bu günə olan alış-satış qiymətləri açıqlanıb. Həmin məzənnələrə əsasən ABŞ dollarının rəsmi məzənnəsi 1,7024 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,8615 manatdır.
///fins.az