AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi

  • + A
  • - A
  • Dünən, 17:30

    Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi

    Mərhum amerikalı müğənni Maykl Ceksonun adına yaradılmış fond 2025-ci ilin əvvəlində sənətçini seksuаl zorakılıqda ittiham edən beş nəfərə ümumilikdə 2,5 milyon dollar təzminat ödəyib.

    Bu barədə “Financial Times” nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

    Məlumatda bildirilir ki, ödəniş 2020-ci ildən davam edən 16,5 milyon dollarlıq iddia prosesinin yekun mərhələsini təşkil edib. İddiaçılar həmin il təzyiq altında kompensasiya müqaviləsi imzaladıqlarını və müqavilə şərtlərinin yenidən baxılması üçün ictimai məhkəmə istədiklərini bəyan ediblər.

    Hazırda Los-Anceles məhkəməsi qərar verməlidir ki, iş ictimai şəkildə baxılacaq, yoxsa qapalı arbitraj prosesində. Ceksonun fondu ittihamları əsassız adlandıraraq xatırladıb ki, 2020-ci il razılaşmasına əsasən, bütün məsələlər qapalı məhkəmə qaydasında həll olunmalıdır.

    Qəzet yazır ki, mümkün açıq məhkəmə prosesi 2026-cı ildə təqdim ediləcək “Michael” bioqrafik filminin premyerasına mənfi təsir göstərə bilər. Filmin prodüseri “Bohemian Rhapsody” və “The Aviator” kimi məşhur ekran işlərinin müəllifi, “Oskar” laureatı Qraham Kinqdir.

    Qeyd edək ki, Maykl Cekson 1990-cı illərdən etibarən bir neçə dəfə “uşaqlara qarşı qeyri-münasib davranış”da ittiham olunub, lakin 2005-ci ildə keçirilən məhkəmədə bəraət alıb. Müğənni 2009-cu ildə ağrıkəsicilərin həddindən artıq istifadəsindən yaranan ürək dayanması nəticəsində dünyasını dəyişib. Onun şəxsi həkimi Konrad Mürrey səhlənkarlıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR