AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəqsanənin evinin mənimsənilməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

  • + A
  • - A
  • 1-03-2023, 18:40

    Rəqsanənin evinin mənimsənilməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


    Müğənni Rəqsanə İsmayılova evinin mənimsənilməsi ilə bağlı müraciət edib.

    Bu barədə ifaçı sosial şəbəkədə videomüraciət yayıb. Bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:

    “Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.

    Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında 2015-ci ildə ev alqı-satqısı olub:

    "Həmin evin satışı qanunauyğun olaraq notarial qaydada bank-köçürmə yolu həyata keçirilib. Sonradan qarşı tərəf ödənən məbləği qaytarmadan evi geri tələb edib. Mübahisə, tərəflər arasında məhkəmə qaydasında davam etdirilib. Məhkəmə iddiaçının tələbini təmin etməyib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, iddiaların hüquqi əsası yoxdur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR