AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Koronavirusa yoluxmanın qarşısını almağın effektiv yolu

  • + A
  • - A
  • 16-04-2020, 14:34

    Koronavirusa yoluxmanın qarşısını almağın effektiv yolu


    Virciniya Universitetinin tibb elmləri doktoru Çjen Yan koronavirus xəstəliyinin ağırlaşmasının qabağını almağın yolu haqqında danışıb.

    “Qafqazinfo” “Eurekalert.org”a istinadən xəbər verir ki, Yan son tədqiqatların nəticələrinə əsasən müntəzəm fiziki məşqlərin koronavirusun səbəb olduğu ağır kəskin tənəffüs sindromunun (SARS) qarşısını almağa kömək edə bildiyini açıqlayıb.

    Onun sözlərinə görə, fiziki aktivlik bədəndə hüceyrədənkənar superoksid dismutaz(EcSOD) adlanan və bədənin müqavimətini artıran güclü antioksidantının emalına səbəb olur: “Xəstəlik zamanı bu antioksidantın bədəndə səviyyəsi azalmağa başlayır, lakin bircə məşqlə belə onu artırmaq olar”.

    Alim qeyd edib ki, heyvanlar üzərində aparılan sınaqlarda müəyyən olub ki, sözügedən oksidant bir çox həyat əhəmiyyətli orqanların fəaliyyətinə müsbət yöndə təsir göstərir: “Biz sonsuza qədər təcrid şəraitində yaşaya bilmərik. Mütəmadi məşqlərin sağlamlığa bildiyimizdən daha çox xeyri var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR