AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Faytonçu Nazim: "Hər şey normaldır" (YENİLƏNİB)

  • + A
  • - A
  • 19-08-2017, 12:26

    Faytonçu Nazim: "Hər şey normaldır" (YENİLƏNİB)














    09:02

    Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim vəfat edib.

    "Qaynarinfo" musavat.com-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə ifaçının dostları məlumat yayıb.

    Qeyd edək ki, bir müddətdir xəstəlikdən əziyyət çəkən müğənni arıqlaması ilə diqqət çəkmişdi.

    Xəstəliyinin ağırlaşmasında azərbaycanlı həkimləri günahkar bilən müğənni son müsahibəsində səhhətinin yaxşılaşdığını demişdi.



    11:18

    Xəbər verdiyimiz kimi, müğənni Vüqar Muradov bu gün səhər saatlarında sosial şəbəkədə “Faytonçu” Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.

    Oxu.Az-ın əməkdaşı bununla bağlı N.Pişyarinin bir neçə yaxın dostu ilə əlaqə saxlayıb.

    Həmin şəxslər xəbəri təkzib edib. İfaçının hazırda sağ-salamat olduğu bildirilib.



    12:09

    Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim onun ölümü ilə bağlı xəbərlərə münasibət bildirib.

    Məsələ ilə bağlı Metbuat.az -a açıqlama verən Nazim Pişyari deyib:

    “Bu nə biabırçılıqdır yazıblar? Qohum-əqrabam təşviş içərisindədir. Dost-tanışlar stress içərisindədir. Belə şeylər eləmək olmaz axı. Reytinq xatirinə insan taleyi ilə oynamaq olmaz. Hər şey normaldır, ayaq üstəyəm. Özümü də çox gözəl hiss edirəm”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR