Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi deyib ki, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının üzvləri kimi dünya sülhünə cavabdehdirlər. Azadmedia.az xəbər verir ki, o, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə bildirib və görüntüləri “Rossiya 24” telekanalı nümayiş etdirib.
Daha əvvəl RİA Novosti Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətinə istinadən xəbər vermişdi ki, çərşənbə axşamı, fevralın 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Komissiyanın ofisinin rəhbəri Vanq Yi ilə görüşüb.
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.