AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniya Parlamenti Aİ və NATO-ya daxil olmayan ölkələrdən olan əcnəbilərə silah verilməsini qadağan edib

  • + A
  • - A
  • 22-02-2023, 23:57

    Estoniya Parlamenti Aİ və NATO-ya daxil olmayan ölkələrdən olan əcnəbilərə silah verilməsini qadağan edib

    Estoniya parlamenti “Silahlar haqqında” qanuna dəyişiklikləri qəbul edib, ona əsasən, Estoniyada yaşamaq icazəsi olan Aİ və ya NATO ölkələrinin vətəndaşı olmayan əcnəbilərə silah gəzdirmək icazəsi verilməyəcək. Azadmedia.az xəbər verir ki, məlumatı parlamentin mətbuat xidməti yayıb.

    Qəbul edilən qanuna əsasən, martın 15-dən sonra dəyişikliklər qüvvəyə mindikdən sonra bütün digər əcnəbilərə silah gəzdirmək üçün verilən icazələr qüvvədən düşəcək. Vətəndaşlığı müəyyən edilməmiş şəxslərə (“qeyri-vətəndaş”) verilən icazələr sənəddə göstərilən tarixə qədər etibarlı olacaq.

    Martın 15-dək qanuni olaraq silah sahibi olan əcnəbilərin silahları sıradan çıxarmaq, başqa şəxsə təhvil vermək və ya Estoniya və ya Aİ və NATO ölkələrindən birinin vətəndaşlığını almaq üçün vaxtları var. Əks halda silah və sursat müsadirə olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR