AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin və Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib

  • + A
  • - A
  • 23-02-2023, 22:34

    Putin və Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edib

    Azadmedia.az Ermənistan hökumətinin mətbuat xidmətinə istimadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Laçın yolundakı vəziyyət və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi müzakirə olunub.

    “Həmsöhbətlər Laçın yolundakı vəziyyətə toxunublar”, - Nazirlər Kabinetinin Teleqram kanalında deyilir.

    Putin və Paşinyan, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar və Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixlərində imzalanmış üçtərəfli sazişlərin icrası barədə danışıblar.
    Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.

    Kremlin mətbuat xidməti xəbər verir ki, Ermənistanın baş naziri fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti ilə görüş barədə Rusiya prezidenti Vladimir Putini də məlumatlandırıb.

    Paşinyan Putinə Münhendə digər xarici tərəfdaşlarla görüşləri barədə də danışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR