AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Prokurorluq haqqında” Qanunda dəyişiklik - “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanununun ləğv edilməsi məsələsinə baxıldı

  • + A
  • - A
  • 24-02-2023, 20:34

    “Prokurorluq haqqında” Qanunda dəyişiklik -  “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanununun ləğv edilməsi məsələsinə baxıldı

    Azadmedia.az xəbər verir ki, bu gün Milli Məclisin Plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, əvvəlcə, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş), “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.
    O, bildirib ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunun ləğv edilməsi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişikliklərin mahiyyəti “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən irəli gəlir. Qeyd edilib ki, Qanunla təsdiq edilmiş Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnaməyə uyğun olaraq, xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir. Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.
    Təqdim edilən qanun layihəsinə görə, xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin Baş Prokurorun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
    Sonra Əminə Ağazadə Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.
    Bildirilib ki, layihənin əsas məqsədləri prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının prokurorluq orqanlarına mənsubiyyətinin daha dəqiq formada təsbit edilməsi, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının hərbi və xüsusi geyim formasının prokurorluq orqanları işçilərinin xüsusi geyim formasından fərqləndirilməsi, mövcud xüsusi geyim forması və fərqlənmə nişanlarının təkmilləşdirilməsidir.
    Sənəddə, prokurorluq işçilərinin geyim formasının 2 dəstdən - gündəlik və səhra geyim dəstlərindən ibarət olduğu qeyd edilir və bu dəstlərin tərkibinə daxil olan predmetlər müəyyən olunur.
    Sənəddə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulur.
    Komitə sədri Siyavuş Novruzov, deputat Qüdrət Həsənquliyev təqdim olunan sənədlər barədə fikirlərini və qeydlərini söyləyiblər. Deputat Əminə Ağazadə qaldırılan məsələlərə aydınlıq gətirib.
    Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR