Fevralın 25-də Romada Ukraynaya silah göndərilməsi və anti-
Rusiya sanksiyalarına qarşı mitinq keçirilib. Azadmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Etiraz aksiyasına yüzə yaxın nümayişçi toplaşıb. Onlar Giorgi Meloni hökumətinin Ukrayna ilə bağlı kursuna qarşı çıxıb və “NATO-nun imperialist siyasətini” tənqid ediblər.
Mitinqi təşkil edən Suveren və Xalq Demokratiyası hərəkatının nümayəndələrindən biri Paolo Peys xəbər agentliyinə bildirib ki, Rusiyaya qarşı sanksiyaların ləğvi və Ukraynada münaqişəyə son qoyulması təcili ehtiyacdır.
“Bizim məqsədimiz rus dostları ilə münasibətləri bərpa etmək və dünyanın rifahı üçün çalışmaqdır” deyən mitinqdə çıxış edənlər bildiriblər ki, Romanın siyasətinin avropayönlü kursu İtaliyanı Rusiya ilə qarşıdurmaya sürükləyib və bu, ölkə üçün ağır iqtisadi nəticələrlə nəticələnib.
Oxşar aksiyalar şənbə günü İtaliyanın digər şəhərlərində də keçirilib.
Xatırladaq ki, bundan əvvəl minlərlə insan Berlində Ukraynaya ağır silahların tədarükünü dayandırmaq tələbi ilə etiraz aksiyası keçirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.