ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ kəşfiyyat orqanlarına məhkəmə qərarı olmadan xaricdəki əcnəbilərin telefon zənglərini dinləməyə və elektron məktublarını oxumağa icazə verən Xarici Kəşfiyyata Nəzarət Qanununun 702-ci maddəsinin uzadılmasını müdafiə edib. Azadmedia.az rus mediasına istinadla xəbər verir ki, əvvəllər bir sıra Amerika insan haqları təşkilatları buna qarşı çıxıb, çünki ABŞ vətəndaşlarının məlumatları da verilənlər bazasına düşür. Bununla belə, Ağ Ev təkid edir ki, xüsusi xidmət orqanları bu hüquqlara, o cümlədən “Çin və Rusiyadan gələn təhlükələrə” qarşı durmaq üçün lazımdır.
Qanunun mübahisəli müddəaları ilə bağlı Ağ Evin mövqeyini çərşənbə axşamı ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan açıqlayıb.
Jake Sullivan-a görə, bu bölmə "ABŞ milli təhlükəsizliyinin əsas elementi olduğunu sübut etdi". “Bu səlahiyyət amerikalıları hər gün müdafiə etməyə davam edən əvəzolunmaz vasitədir və ABŞ ordusunun, kəşfiyyatının və hüquq-mühafizə orqanlarının Çin, Rusiya, kiberməkanda düşmən tərəflərin, terrorçuların, eləcə də onları müdafiə edənlərin təhdidlərinə cavab verə bilməsini təmin etmək üçün vacibdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.