İsrail və ABŞ-ın müdafiə nazirləri Yoav Qalant və Lloyd Ostin Brüsseldə görüş keçiriblər. Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, xüsusilə də İrana qarşı birgə mübarizə məsələsi müzakirə edilib. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, Qalant və Ostin “İranın nüvə hərbi potensialı əldə etməsinin qarşısını almaq üçün İran məsələsində İsrail və ABŞ arasında təhlükəsizlik və hərbi koordinasiyanın təşviq edilməsini” müzakirə ediblər.
Qalant vurğulayıb ki, İsrail dövləti özünü istənilən təhlükədən müdafiə etmək hüququna malikdir.
Bundan əlavə, israilli nazir amerikalı həmkarı ilə iki dövlət arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edib, Müdafiə Nazirliyi qeyd edib. “Tərəflər İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığının iştirakı da daxil olmaqla birgə hərbi təlimlərin sayının artırılmasının zəruriliyi barədə razılığa gəliblər”, - nazirlikdən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.