AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: "Prezident 17 il əvvəl xalqımıza verdiyi sözə əməl etdi"

  • + A
  • - A
  • 14-11-2020, 11:09

    Məşhur Məmmədov: "Prezident 17 il əvvəl  xalqımıza verdiyi sözə əməl etdi"


    “Qələbədən doğan hiss və duyğular,şahidi və iştirakçısı olduğumuz tarixi anlar o qədər gözəldir ki, illərlə bu barədə ürəkdolusu danışacağıq. Çünki 30 ilə yaxın idi ki, biz o torpaqlara həsrət idik".

    Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. Deputatın sözlərinə görə, 30 ildən sonra natamamlıq kompleksindən qurtulduq:

    "Qanla, amansız döyüşlə geri aldığımız Şuşa qalası,işğaldan azad olunan torpaqlarımız bundan sonra bütün dünyanı məcbur edəcək ki,Milli Qürur hissimizə hörmətlə yanaşsın.Yaşadığımız bu tarixi günlər bütün Şəhidlərimizin qisas günləri idi.Allah onlara rəhmət eləsin,xalqımıza və doğmalarına səbr versin.Yaralı həmvətənlərimizə Uca Tanrıdan şəfa diləyirəm".

    Məşhur Məmmədov bildirib ki, Prezidentimiz, Ali Baş Komandanımız

    cənab İlham Əliyev 17 il bundan əvvəl xalqımıza verdiyi sözə Böyük rəhbər və Qalib sərkərdə kimi əməl etd"O, həm də bir oğul olaraq Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.Belə bir şərəfli ömür hər övlada, hər insana və hər rəhbərə nəsib olmur. Allah Ulu Öndərimizə rəhmət eləsin,ruhunu şad etsin.

    Tanrı Prezidentimizə, Xalqımıza,Ordumuza hər zaman yar olsun,Azərbaycanı sevənləri və ona xidmət edənləri bundan sonra da qorusun!".

    Parlamentari ermənilərin Kəlbəcərdə evlərə od vurmasına da toxunub:

    "Erməni murdarlığının, erməni həyasızlığının dünyada tayı-bərabəri yoxdur. Xəyanət və xainlik onların qanından, binamusluğundan doğan xarakterdir.İstəsələr də dəyişə bilməzlər. Məğlub olublar. Amma xain niyyətlərindən əl çəkmirlər. Ömür boyu gözü onun-bunun əllinə dikilib, görsün ki, qabağına kim tula payı tullayacaq. Son 200 ildə erməni bu cür əzilməmişdi. Məğlubedilməzlərin onurğa sütunu qırıldı. Başlarını bir daha dik tuta bilməzlər. Elə bilirlər ki, Kəlbəcərdə yandırdıqları daxmalarda azərbaycanlilar yaşayacaq. Əksinə daha gözəl evlər tikib yaşayacağıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR