Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.