Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.
Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib:
1. Bakı Sağlamlıq Mərkəzi
2. Mərkəzi Klinik Xəstəxana
3. Caspian International Hospital
4. Respublika Diaqnostika Mərkəzi
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
6. Gəncə Beynəlxalq Xəstəxanası
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
9. Zəfəran hospital
10. EGE Hospital
11. Sumqayıt Hospital
12. Avrasiya Hospital
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
14. Leyla Medical Center
15. Badam Medical Center
16. Lor Hospital
17. Məlhəm Beynəlxalq Hospital
18. “OKİ” Özəl Tibbi Müalicəxanası (Qusar rayonu)
19. Oksigen Klinik Xəstəxanası
20. Diaqnoz Tibb Mərkəzi
21. Baku City Hospital
22. Mediland Hospital
23. Medera Hospital
24. Stimul Hospital
25. Medistyle Hospital
26. Batıgöz Medical Plaza
27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
28. İstanbul NS klinikası
29. Olimp Hospital
30. Kəpəz Hospital
31.Salam Doktor
32. Bioloji Təbabət Klinikası (Masallı rayonu)
33. Real Hospital
34. Turan Hospital
35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial)
36. Dünyagöz
37. Regional Hospital (Mingəçevir şəhəri)
38. Səhhət Azərbaycan-Almaniya Klinikası
39. Spero Hospital (Dobromed)
40. Milan Hospital
41. Referans Qəbələ Tibb Mərkəzi
42. Celamig Göz Klinikası
43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filiallı)
44. Funda Hospital
45. Fonus Eşitmə Mərkəzi
46. Bona Dea Beynəlxalq Hospital
47. Unikal Klinika (Sumqayıt şəhəri)
48. İstanbul Klinika
49. Liman Klinika (Sumqayıt şəhəri)
50. Briz-L Göz Klinikası
51. MasMedical Center Referans (Masallı rayonu)
52. Premium Clinic
53. Bakı Göz Klinikası
55. Asmed Klinikası
55. Amana Clinic
56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı
Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.