AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda kənd təsərrüfatı məhsullarının həcmi artıb - STATİSTİKA

  • + A
  • - A
  • 28-10-2022, 22:29

    Masallıda kənd təsərrüfatı məhsullarının həcmi artıb - STATİSTİKA


    Azadmedia.az-ın cənub bürosuna Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artaraq 147698,9 min manat təşkil etmişdir ki, onun da 83293,3 min manatı və ya 56,4 faizi bitkiçilik, 64405,6 min manatı və ya 43,6 faizi isə heyvandarlıq məhsullarının payına düşür.

    Hal-hazırda rayonda payızlıq səpini və dondurma şumu davam etməkdədir. 11771 hektar sahə şumlanmışdır. Dənli bitkilər üzrə buğda 2986, arpa 1803, vələmir üzrə 1711 hektar payızlıq bitkiləri səpilmişdir. 220,9 hektar çəltik sahəsinin 201,83 hektarı biçilmişdir. Çəltik biçini davam etdirilir.

    Heyvandarlıq. 2022-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 5296,7 ton ət, 35209,9 ton süd, 46660,0 min ədəd yumurta, 148,7 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 27,7 ton və ya 0,5 faiz, süd istehsalı 266,4 ton və ya 0,8 faiz, yun istehsalı isə 1,2 ton və ya 0,8 faiz və yumurta istehsalı isə 0,5 faiz və ya 240,0 min ədəd artmışdır.
    2022-ci ilin oktyabr ayının 1-i vəziyyətinə rayonda 73933 baş iribuynuzlu mal-qara (ondan 37301 baş inək və camış), 95345 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 592 baş (0,8 faiz), inək və camışların sayı 659 baş (1,8 faiz) artmış, qoyun və keçilərin sayı 338 baş (0,3 faiz) artmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR