AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməninin və həm də bizim hələ də öldürə bilmədiyimiz... QƏHRƏMAN!

  • + A
  • - A
  • 9-04-2021, 10:35


    Aydın Canıyev

    Hər bir millətin tərbiyəsinin bariz ifadəsi onun gündəlik mətbuatında və ədəbiyyatında təşəkkül tapır, milli dəyərlərin nə dərəcədə qiymətləndirilməsi və təbliği isə dövlətin sərgilədiyi sayğıyla dəyərini alır!

    Təəssüf ki, son dönəm müstəqil Azərbaycanın nə mətbuatı, nə də dövləti fərli bir konsepsiya ortaya qoyub! Bu mətbuatın və dövlətin bivecliyindən daha çox, xalqın özünün "planka”sının aşağı düşməsidir! Əlbəttə ki, ikrahedici əxlaqı peyvənd edənlər var və xalq bu peyvəndə hər yerini (əzəzləsini, damarını, mədəsini, gözünü, beynini, ürəyini) açıb qoyubsa, missioner-mason niyyətləri daha barlı toxuma çevrilir!

    Belə fəlakət yalnız Şri-Lankada olub: ölkəyə azadlıq gətirən adamlar həbs olunub, güllələnib, öldürülüb! Hindistanda, Pakistanda bir az ayrı cür olub: xilaskarların övladları qətl edilib! Azərbaycanda oxşar niyyəti ifadə olan analoqsuz cəza variantı "kəşf” edilib: milyonlarla insanın alqışladığı xalqın öz gözündə Nemət Pənahlı "qətl” olundu, Ağdərəni alıb Azərbaycana verən Rəhim Qazıyev "vətən xaini” elan edildi, türkçülük-turançılıq ideyasını, demokratik dəyərləri sərgiləyən Əbülfəz Elçibəyin "alkaş”, "agent”, "fərsiz” obrazını yaratmağa minlərlə adam cəlb olundu, milyonlarla vəsait xərcləndi - ən bariz nümunəsi "yeddibaşlı” AXC-dir! Azərbaycanın ən azı 17 kəndini (Füzuli rayonunda) azad edən üç nəfər - Fətulla Hüseynov, Rövşən Cavadov və daha biri (əslən cəbrayıllı olmalıdı, adı yadımda qalmayıb, ölkədən itkin düşdü izsiz-soraqsız) güllələndilər, İsa Qəmbər və partiyasına qarşı Rusiyanın, İranın, Ermənistanın "ordu filialları” səfərbər olundu, Əli Kərimlini yeddi sifətdə rəqqas-qəhrəman obrazında oynatdılar, əvəzində... qəhrəmanlar öldürüldü, həbs olundu!!!

    Bu xalqı boş əllə quru yurdda qoymaqla yetinmədilər, davamı yenə gəlir: xəstə təfəkkürün peyvəndi gündən-günə şiddətlənir!
    Bu torpağın işğal olunmaması üçün vuruşan oğulları isə səngərdəcə öldürdülər: Mikayıl Gözəlovu, Ramiz Qənbərovu...
    İşğalın qarşısını almaq üçün vuruşub ölməyən oğulları-qızları isə ləkələmək üçün Siyavuş Novruzovları, Kamal Cəvərovları, Naqif Həmzəyevləri doğdular!
    Ancaq, amma, fəqət, lakin... hələ ki... sonuncu 44 günlük savaşda yenə sözünü deyə bilməsi üçün bu xalqa geosiyasi durumla şərait yaradan Əlahəzrət Tarixə və Yaradana təşəkkür edək ki... 220 illik minnət boynumuzun qaxıncı olmaqdan silindi!

    İbad Hüseynov Milli Qəhrəman oldu - İki sahil
    44 günlük savaşın qələbə eyforiyası hədsiz gözəldir, amma qələbə təsdiqi deyil! Adətən, qələbədən sonra bir daha və yenidən ağıllı adamlar papağını qarşısına qoyub soyuq başla gələcəyi xilas etmək üçün düşünürlər! Azərbaycanda olmayan digər taktiki-strateji addımlarla yanaşı, bu punkt da yoxdur! Baş verənlər, düzülüb-qoşulan proseslər heç də normal rahatlıq yaratmır!
    Bəli, 44 günlük savaşda əldə edilənlər gözəl, amma bu savaşdan əldə olunan uğurlar üstündə yapılan neqativlər nə ilə nəticələnəcək, bilirikmi?
    Mən bir tərəfini deyirəm: 28 il xalqın və dövlətin taleyinə loyal, laqeyd qalmaq bir yana, korrupsiyaya, monopoliyaya dəstək olanlar da torpaqların azad olunması şərəfini yaşadı, 32 il düşmən erməniylə, korrupsioner-monopolist hakimiyyətlə üz-üzə qalan, xalq üçün azadlıq uğrunda vuruşan kontingent də!!!

    Bu, milli ruhun, milli-azadlıq hərəkatının ciddi şəkildə sarsıdılmasıdır!

    44 günlük savaşın daha bir sarsıdıcı fəsadı: 32 il düşmənlə üz-üzə qalıb, yatmayan, döyüşən, süfrəsinə, toyuna-vayına, xeyrinə-şərinə ancaq Qarabağ dərdiylə gedənlər torpağının xilasını görmədi, amma 28 il ölkənin bütün rayonlarına yayılıb, bütün güzəştlərdən istifadə edib hər şeyə nail olub, heç nə etməyən isə... rahatca qayıdır və manipulyasiya yeri də bəs qədər var: şəhid vermişik!
    Mahiyyətdə bircə dəfə verdiyi şəhidlə yurddan köçən... 32 il hər gün şəhid verib hər gün də düşmənlə üz-üzə qalan sonda yenə yurda həsrət qaldı! Hələ bu... qələbə halında olan sarsıdıcı, dəhşətli, fəlakətli zərbənin yumşaq görünənidir!

    O zərbəni alanların təmsilçilərindən yalnız birindən danışmaq istəyirəm! O rəsmi və qeyri-rəsmi... qəhrəman oğlandan yazmazdım – bircə kəlmə də, heç vaxt! Çün... onun haqqında hamı yazıb, yazır, yazacaq – lehinə, əleyhinə, tamaşa edirdim, edirəm və fikirləşirdim, fikirləşirəm ki, adamlar niyə bu qədər müzakirə açır, nəyin davasını döyürlər?
    Lehinə yazanlar niyə demir...
    Ə...le(y)hinə yazan bu qədər adam niyə demir...
    Axı bu adamdan MƏQSƏDLİ yazanda DƏYƏRLƏR itir! Axı bu adamdan MƏQSƏDLİ yazanda... döyüşdüyü torpaqda şəhid olan oğulların-qızların, əlini-qolunu-qıçını-gözünü itirən qazilərin-döyüşçülərin-vətəndaşların yaraları sızıldayır!!!
    Lehinə və Ə...LE(y)HİNƏ yazanlar kimin yarasını sağaldırlar, kimə ilkin tibbi yardım göstərmiş olurlar, kim üçün meydan açırlar?
    Ümumiyyətlə, axı niyə bu igid döyüşçünün başı üzərində, qənşərində, kürəyində hamı süngüylə durmalıdır... bir fakta görə?
    Düşmənlə, indiki halda, erməniylə üz-üzə savaşda ŞƏRT məhz Monte Melkonyandırmı? Erməninin üzərində qələbə əgər tək Monte Melkonyanın başının kəsilməsidirsə, kəsiləndən sonra QƏLƏBƏ etiraf olundu?
    Ümumiyyətlə, erməni üzərində qələbə qazanmışıqmı? Ermənistan bir qarış torpaq itirməyib, dövlət strukturlarında hər şey yerində, dəfələrlə keçirdiyi demokratik seçkilərin növbətisinə gedir! Dövlətçiliyi üçün də heç bir təhlükə yoxdur!

    Belə bir dönəmdə qalib olan bu ölkənin milli qəhrəmanı İbad Hüseynovun özünün və ətrafının ətrafında qaldırılan hay-küy nə üçün? Birinci və ikinci Qarabağ savaşından qəhrəman kimi çıxan İbad Hüseynovun azərbaycanlılarla da savaşıb qəhrəman olmağını sübut etmək borcu var?
    İbad Hüseynovla ofisinə gedəndə düşündüyüm bir şey vardı və həmişə sevdiyim ən əziz insanlara demişəm: "sənin üçün ölmək çox asandır, səni sevmək üçün yaşamaq qəhrəmanlıqdır!”
    İlk dəfəydi bu ifadəni bu vətən üçün döyüşənə aid edə bilirdim!
    İbad Hüseynovdan başqa hamı ən asan olanı bacardı: bu vətən üçün döyüşəndə ölməyi, amma heç birinə İbad Hüseynov kimi döyüşüb sağ qalmaq nəsib olmadı: Allahverdi Bağırova, Fred Asifə, Ramiz Qənbərova, Əliyar Əliyevə, Rövşən Cavadova... bu yazını həm də onların hər birinə ithaf edirəm!
    Düşmənin öldürə bildikləri bir yana, öldürə bilmədiklərini bizim özümüzün öldürməsinə görə!
    Bu xalq çox pis dəyərlərə rəvac verməyə başlayıb: qəhrəman olduğunu sübut etmək üçün düşməndən başqa, gərək həm də öz xalqınla vuruşub sübut edəsən!
    Azərbaycanın aborigen xalqlarına qarşı vuruşan kürd Koroğlunu dastan qəhrəmanına çevirən erməninin "dudka”sına getmək yüz ildir ənənə halını alır, Azərbaycan və azərbaycanlılara qarşı vuruşanları qəhrəman, düşmənlə döyüşənləri urvatsız etmək məqsədə çevrilib!

    Erməniylə vuruşan, ən azından 11 uğurlu əməliyyatın təməlini qoyan kəşfiyyatçı, xüsusi təyinatlı İbad Hüseynovla görüşə gedəndə fikirləşdiyim daha bir şey vardı: görəsən, İbad bəy də sonucda öz xalqıyla vuruşa qalxacaqmı (Rövşən Cavadov, Rövşən Əkbərov, Surət Hüseynov kimi), bıkacaqmı məqsədi xalqı tutalqasından məhrum etmək olan bu iyrənc kOmpaniyaların kAmpaniyalarından?
    İbad Hüseynova sual vermədim!
    Danışmasını istədim.
    İstədim özü danışsın, görüm, əleyhdarlarının dediyi "çerta”lar - ştrixlər, xarakter onda varmı?
    İstədim qızışsın, görüm onun döyüşçü jesti, vərdişi varmı?
    Bu yazını oxuyan hər kəs bilsin, tanıdığı hər kəsə də desin: İbad bəy onun əleyhinə yazanların heç bir arqumentinin ifadəsi deyil!
    Bu yazını oxuyan hər kəs bilsin, tanıdığı hər kəsə də desin: İbad bəy kəşfiyyatçıdır, xüsusi təyinatlıdır, qəlbində-ruhunda, cismində bir düşmən bəsləyir və ona qarşı alovludur, qəzəblidir, kinlidir, o düşmən... işğalçı ermənilərdir, heç bir halda xocavəndli, muğanlı, qarağaclı, ağdamlı, şuşalı azərbaycanlı yox!
    Və... mən sovet ordusunun kəşfiyyat batalyonunun mexanik-sürücüsü olsam da, sıravi əsgərdən başqa, həm də jurnalistikanın tələbəsiydim və batalyonun anbarında Türkiyəylə sərhəddə olan Ermənistandan və ermənilərdən türklərə qarşı necə istifadə etmək barədə "həyəcan” siqnalı verildiyi halda, hansı addımların atılmağı barədə intruksiyaları-təlimatları oğrun da olsa, oxumağı bacarmışdım! Öyrəndiyim ilk bu olub ki, həmişə müsahibini (istər dost, istər düşmən) özündən çıxarmağa və həm də təbii-ruh halına gətirməyə əsas amil onu danışdırmağa təhrik etməkdir! Necə və hansı formada, bu incəlik qoy qalsın!
    İbad bəy danışmağa başlamışdı!
    Mənə onun nə danışmağı, nə deməyi, nəyi deməyi, necə deməyi maraqlıydı – amma üz-üzə oturduğum İbad bəyə həddən artıq etinasız, bic baxışlar altında etimadsızlıqla nəzər yetirməyim onun üçün idi ki... dursun ayağa, etdiklərinin birini əməllə-hərəkətlə etsin!

    Döyüş epizodlarını həqiqi döyüşçü danışmır, necə etdiyini nümayiş etdirir!!! – elementar bir misal: professional boksçu yumruğu necə atıb, nokauta saldığını sözlə demir, göstərir!

    İbad bəy, kəşfiyyat olaylarını danışır... vecimə deyil! Saysız-hesabsız kəşfiyyat əməliyyatlarından itkidən başqa heç nə məni tərpətmir: adicə çıppıltıya yol verməyən kəşfiyyatçı İbadın danışdıqları döyüşə hazırlaşan zabit, əsgərlər üçün önəmlidir! Mən o İbaddan yazmağa gəlməmişəm!
    Mən ermənilərin 1988-ci ildən bəri başladığı işğal dönəmində İLK DƏFƏ erməni qulağı və başı kəsən İbadı görmək istəyirəm!
    Aslan dayı, Aqil Alışov danışdırırlar, İbad bəy hələ daha 11 dəfə kəşfiyyata gedəcək – dinləmək qabiliyyətim yüksəkdir, amma və lakin...
    Mən İbad Hüseynovun erməniyə nifrətini görmək istəyirəm: ilk dəfə niyə və nə üçün, haçan yaranıb? O nifrətin səbəbini deyəndə inandım İbad Hüseynova - ermənilər hələ torpaqlarımızı işğal etməyəndə! Münaqişəli bəyanatlar sərgilənəndə!
    Mən erməniyə nifrətə 1987-ci ildə başlamışam! Xislətini biləndə!
    İbad Hüseynov nə danışırdı, düz danışırdı: rusların ermənilərin ot tayaları altında gizlətdiyi hərbi texnikanı yandırmasıyla başlayıb – ruslar ermənilərə toxunulmazlığı təmin etmək və dəstək üçün xocavəndliləri təhqiramiz formada, silah altında avtobusdan düşürdüb, yoxlayıb yola salandan sonra! Əsgərlikdən yenicə qayıdan gəncin bu dəstəyə etirazı ilk olaraq bu olub!
    İbad Hüseynov yenə kəşfiyyata gedir, yenə qayıdır, yenə "qulaq” gətirir, yenə qulaq kəsir, dinləyirəm: o, döyüşüb, edib, mən niyə qulaq asmayım ki, 220 il bizə, xalqımıza, dövlətimizə ləkə vuranlara verilən layiqli cavabları?!
    Amma mənə İbadın ayağa durması, qızışması lazımdır!!!

    SÖZARASI: Biz sovetin qəhrəmanlarını paradlarda görürdük, öz döyüş qəhrəmanlarımızı görməyə imkan tapmadıq həm işğala görə, həm də öldürüldüklərinə görə!
    İbad Hüseynov Azərbaycanın canlı və diri gördüyüm milli qəhrəman adı alan ilk döyüşçüydü!
    Ürəyimdə, düşüncəmdə İbad bəyə əsəbləşirdim artıq: ay zalım, dur ayağa, göstər! Sonra özümü sakitləşdirirdim: İbad bəy neyləsin axı, öyrəşib ütülü-kraxmallı-qalstuklu müxbir və müxbirələrin məqsədli suallarına verdiyi ütülü cavablara! Amma yox, İbad bəy yavaş-yavaş qızışır, gözlərim işıldayır, sanki anlayır ki, əsgərimiz "vur, komandir, vur” deyən kimi, içim çalxalanır, "bəy, kəs bu oğraşın başını!”...
    Danışdıqca dalğası-koordinatı həmin dalğaya-koordinata köklənən İbad bəyin qəfil ayağa durması, artıq birəbir, anbaan təkrarı, düşmənin daha bir idbarının zərərsizləşdirilməsi, saatına, vaxtına qədər dəqiq ifadəsi və həm də... İbad bəy üçün... başını kəsdiyinin kim olmasının heç bir önəmi olmaması: o, Azərbaycana xor baxan gözləri, düşmən kimi düşünən başlardan daha birini məhv etməyin həzzini yaşayır!
    Elə mən də!
    Bu, bizim düşük düşüncəmizdir: məhz Monte Melkonyanı o öldürüb ya yox, yox, o öldürməyib, dədəm Məmməd öldürüb!
    Mən İbad Hüseynovun erməni qulağını, başını kəsməsindən zövq aldım!
    ERMƏNİNİN!!! - bu dövlətin, bu xalqın düşməni olan erməninin və hər kəsin başının kəsilməsini istədiyim üçün!
    Və... mən bu sevgini hər bir kəsə bəsləyirəm: Monte Melkonyanı öldürməyən Rey Kərimoğluna da, İlham Tumasa da, Fərəc Kərimliyə də, Vaqif Hüseynə də, Emin Piriyə də, Taleh Şahsuvarova da, Nəsimi Şərəfxanlıya da!

    Ramiz Qəmbərov Monte Melkonyanı öldürməyib, Əliyar Əliyev də, Hikmət Mirzəyev də, Rövşən Cavadov da, Mais Bərxudarov da... yüz minlik Azərbaycan Ordusunun 44 günlük savaşdan qalib kimi çıxan bütün digər əsgər və zabitləri də!
    Məgər İbad Hüseynov təkcə Monte Melkonyanın başını kəsdiyinə görəmi qəhrəmandır, qəhrəmanımdır!?
    Hər bir erməni Monte Melkonyandır, amma hər bir azərbaycanlı Ramiz Qəmbərov, Əliyar Əliyev, Hikmət Mirzəyev, Rövşən Cavadov, Mais Bərxudarov, İbad Hüseynov deyil! Baxmayaraq ki, hər bir azərbaycanlı qanıyla palçığımızı vətən edən əsgərdir, hər bir erməni qanıyla torpağımızı murdarlayan düşmən!
    İbad Hüseynov təzədən döyüş halındadır, mən tez "atəşkəs” elan edirəm: icazə verin, çıxım siqaret çəkim!
    Döyüşdə olanlar bilir, döyüşdə olmayanlara deyirəm ki, döyüşçülərlə söhbətdə əməl eləsinlər: döyüşü təzədən yaşamaq adamın bütün gücünü alır!
    Mən İbad Hüseynova güc vermək üçün gəlsəm də, gücündən aldığımın əvəzini bu və ya digər şəkildə ödəyərəm, amma İbad Hüseynovun güclü qalması, diri qalması ona görə lazımdır ki, doğma kəndi Muğanlını düşməndən azad etsin!

    İbad bəy danışanda mən otağına göz gəzdirmişdim: igid oğlumuzun adına Türkiyədə caddələr var! Bələdiyyə başqanları verdikləri sərəncamı bər-bəzəkli şəkildə çərçivəyə alıb göndəriblər!
    Türkiyə Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanla birgə şəkil var, xətrini istədiyini, dəyərləndirdiyini dilə gətirib: gəlin, vicdanımız olsun, Rəcəb Tayyib Ərdoğanın da müşavirlərini Əli Həsənov və başqası saymayaq da ki, ona "paçka” gəlmək cəsarətində olsun, Ata Abdullayevi jurnalistikanın ən möhtəşəm adamı kimi görüşdürüb şəklini çəkməyə imkan yaratsınlar! Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri olan, Rusiya "FSB”-si agentlərini, PKK simpatizanlarını və FETÖ örgütününn nümayəndələri olub hakimiyyətdə və orduda yer etməyəcən nail olanları O, ölkə rəhbərinin nəzərinə çatdırıb, çatdırır, indi, sizcə, bilmədi ki, İbad Hüseynov kimdir? Monte Melkonyanı öldürmədiyi halda boynuna götürəni Rəcəb Tayyib Ərdoğan o şərəfə layiq bilərmi?
    İbad Hüseynovun adını çəkəndə, heç olmasa, bu məqama görə, həqiqətə ehtiram göstərin!

    Yazını hazırlayan ərəfədə... dostlar bildirdi ki, İbad Hüseynovun adına Ağcabədidə, Abşeronda və Türkiyədə küçələr verilib!
    Bu fakta görə deyirəm – sizə başınızı dik tutub alnıaçıq, fəxrlə gəzməyə küçələr bəxş edən qəhrəmana "küçə uşağı” münasibəti bəsləməyin! Siz "küçə uşağı” ola bilərsiniz, amma axı o döyüş qəhrəmanıdır!
    İbad Hüseynovdan ayrılanda, ürəyimdən həm də bu keçdi: Xocavənddə adını gördüyüm "İbad zirvəsi” sənə halal olsun!
    Xocavənddə şəhidlərin ruhuna ucaldılmış abidədə yazılan ifadə həm də Sənə halaldır: "bu vətən sizə borcludur!”
    Xocavənddə döyüş yoldaşlarını, qardaşlarını gördüm, ofisində də elə döyüş yoldaşları idi!
    Həyatının anlamı vətən üçün döyüş və döyüş dostlarına sədaqət olan adamdan-qəhrəmandan ayrılanda bircə fikrinə cavab vermədim, özünə də deyə bilərdim, amma yazıda deyirəm: İbad bəy elə ürəklə dedi ki, 11 əməliyyatı tək keçirmişəm, həmən istədim cavab verim, amma ovqatı korlamadım – bu dünyanın ən varlı adamı Rokfeller deyirdi ki, bir insanın varlanması, milyoner, milyarder olması üçün ən azından yeddi nəfərlik komandası olmalıdır!

    Sənin komandanın özündən başqa daha altı üzvü var, əziz Milli Qəhrəmanım: sənin kəşfiyyatçı dostların, sənin qardaşların, sənin əsgərlərin, komandirin və xalqın!
    Bu ölkədə hətta milli qəhrəmanı hamı sevmir, şəhidinə belə dil uzadılır, sən deyəndə ki, mən 11 əməliyyatı tək keçirmişəm, onda əleyhdarların deyə bilir: "Əbülfəz Elçibəyin kadrı 31 ildir icra başçısıdır”, halbuki bütün toxum-tayfası Elçibəy işığından boy atıb, alverə onun adıyla gedib, çörəyə, vəzifəyə Elçibəy adıyla çatıb!
    Bu məmləkət elə bir məmləkətdir ki, düşmən Monte Melkonyanın və yüzlərlə erməninin başını-qulağını kəsə bilərsən, amma hardan bitməsi bilinməyən nacinslərin dilini yox!
    Əziz Milli Qəhrəmanımız, ətrafındakılardan-doğmalarından başqa, kim bilməsə də, mən bilirəm ki, 44 günlük savaşda sənin xidmətlərin nə olub və ölkə Prezidenti Sənə hansı xidmətlərinə görə 28 il qeyri-rəsmi daşıdığın "Milli Qəhrəman” adını verib!

    Sevindiricidir: bu xalqın İbad Hüseyov kimi "Milli Qəhrəmanı” var... Türkiyədə, Rusiyada adına küçələr verilən, haqqında kitablar yazılan!
    Kədərlidir: heç bir kitab oxumayan "küçə uşaqları” kimlər üçünsə dil, kimlərinsə dili olur!
    SON SÖZ ƏVƏZİ: Haqqında kifayət qədər yazılmış İbad Hüseyovdan yazdığım bu yazıyla bitmədi düşüncələrim – bu, bir görüşün təəssüratıydı yazıdan çox, növbədə... haqqında yazılanların hamısını oxuyub bitirəndən sonra bu xalqın birmənalı şəkildə tanıması və qəbul etməsi üçün yazacağım yazıdır! Kitabları hələ oxuyuram...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR