“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə martın 20-31-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə ADY məlumat yayıb.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.