AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

  • + A
  • - A
  • 4-05-2026, 12:42

    2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird  qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair  SUAL-CAVAB

    Sual: Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
    Cavab: Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az
    elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

    Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
    Cavab: Qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.

    Sual: Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
    Cavab: Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil
    müəssisələrini əhatə edir.

    Sual: Qəbul prosesi hansı tarixdən başlanılır?
    Cavab: Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllığı aşağıda qeyd
    olunan qaydada təşkil olunacaq:
    • 01 may 2026-cı il saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı;
    • 06 may 2026-cı il saat 15:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi;
    • 06 may 2026-cı il saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
    aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış
    uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan
    müsahibəyə yazılmaq üçün qeydiyyat;
    • 06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 11:00-a qədər Abşeron rayonu, Bakı,
    Sumqayıt, Gəncə və Naxçıvan şəhəri üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil
    müəssisələrində prioritet əsasında məktəb və müəllim seçimi;
    • 06 may 2026-cı il saat 15:00-dan 05 iyun 2026-cı il saat 18:00-a qədər Bakı Avropa liseyi,
    Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan
    bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;
    • 18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
    aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;
    • 12 may tarixindən 26 may tarixinədək dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə
    aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;
    • 14 may tarixindən 03 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə
    aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması
    məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan
    valideynlərin müraciətlərinə baxılması;
    • 11 iyun tarixindən 18 iyun tarixinədək Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası
    və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə qəbulla bağlı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR