AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir!

  • + A
  • - A
  • 6-05-2026, 14:07

    2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir!

    Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir!

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

    Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

    Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

    Valideynlərə dəstək məqsədilə ölkə üzrə ümumilikdə 368 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Qeydiyyat zamanı çətinlik yaşayan valideynlər Alternativ Qeydiyyat Mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.

    Rayon və şəhərlər üzrə Alternativ Qeydiyyat Mərkəzlərinin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

    Link: https://shorturl.at/oH9na


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR