İmişli Şəkər Zavodunda yanğın olub

Boş anbarda baş verən yanğın söndürülüb, xəsarət alan olmayıb
İmişli Şəkər Zavodunun ərazisində yanğın baş verib.
“Report”un məlumatına görə, hadisə anbarlardan birində qeydə alınıb.
Yanğının söndürülməsinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Həmçinin Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı xəstəxanaya müraciət daxil olmayıb.
“Azərsun Holdinq”dən verilən məlumata görə, yanğın zavodun təmir işləri aparılan boş anbar ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb və zavodda saxlanılan şəkər ehtiyatlarına zərər dəyməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.