Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi jurnalistlər arasında “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yazı müsabiqəsi elan edir
I. Ümumi müddəalar
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edir.
II. Mükafatlandırma
I yer - 1 nəfər - 800 manat
II yer - 2 nəfər - 600 manat (hər biri)
III yer - 3 nəfər - 400 manat (hər biri)
Həvəsləndirici mükafat – 6 nəfər (hər biri) – 200 manat
Müsabiqə mükafatçılarının adları 21 iyun 2021-ci il tarixində açıqlanacaq.
III. Müsabiqə şərtləri
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
Materialların ümumən mövzunu dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müsabiqəyə 27 may 2021-ci il tarixindən 17 iyun 2021-ci il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Qeyd:
Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
IV. Yazıların təqdim edilməsi
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
-yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
-yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
-yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
-müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);
-diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);
-yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
Müsabiqəyə yazılar press@scwra.gov.az elektron ünvanına göndərilməlidir.
Təqdimatda yer almalıdır:
Müsabiqə yazısı ("Word" faylında, imzasız);
Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında);
Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 27 may 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əhməd Cavad küçəsi 16 ünvanında qəbul ediləcək.
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə:
(012) 437 31 15