“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 2021-ci il 3 və 7 iyun tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai şuraya seçki keçirilib. Tədbirdə daxili işlər nazirinin müavini İsmət Əliyev iştirak edib.
Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 40 nəfərin namizədliyi təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınaraq keçirilən seçkidə seçici kimi iştirak etmək üçün vətəndaş cəmiyyəti institutlarından qeydə alınmış 249 təmsilçidən 222 təmsilçi iştirak edib.
Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət tərkibi seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.