AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azəriqaz İB-nin Baş direktoru yayılan sayğac videosuna aydınlıq gətirdi

  • + A
  • - A
  • 23-06-2021, 00:41


    Bu gün sosial şəbəkələrdə istifadə müddəti başa çatmış qaz sayğaclarının atıldığı yerdən çəkilən video müzakirələrə səbəb olmuş, əksəriyyət Azəriqaz İB-ni dövlət büdcəsini sayğacdəyişmə əməliyyatı ilə talamaqda günahlandırmışdı. Azəriqaz İB-nin Baş direktoru, sosial şəbəkələrdə aktivliyi ilə abonentlərin rəğbətini qazanmış Ruslan Əliyevin cavabı özünü çox gözlətmədi.
    Azadmedia.az Azəriqaz İB-nin Baş direktoru Ruslan Əliyevin sözügedən videoya münasibətini təqdim edir:
    "Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların #istismar müddəti 15-20 ildir. #Qaz sayğacının #mexaniki və #elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar #metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, "#Azəriqaz" İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın #əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan #qaz sayğaclarının #dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamsı yararlı çıxmır. İldə 150-200 min #sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur.

    https://www.facebook.com/100007408805221/posts/2944105529179712/?d=n
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR