AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Teymur Əhmədov: Doğma torpaqlarımıza “Böyük Qayıdış”ın daha bir rəmzi ifadəsi

  • + A
  • - A
  • 4-07-2021, 17:30


    Teymur Əhmədov,
    AzNar QSC-in direktoru


    Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 30 illik işğaldan azad etdiyi Qarabağda düşmənin törətdiyi dağıntıların miqdarı həddindən artıq böyükdür. Bu zərərin həqiqi miqyasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində hazırda əhəmiyyətli işlər həyata keçirilir.

    Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas məsələdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi “Karabakh.Center" internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb və burada toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. Bu dağıntılar bizim necə mənfur düşmənlə üz-üzə olduğumuzu göstərir. Amma biz tezliklə bu torpaqların çiçəklənməsinin şahidi olacağıq. “Qarabağ Mərkəzi” dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara da xüsusi yer verəcək. Artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin sadəcə qorunub saxlanılması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə edəcəkdir.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış “Karabakh.Center” internet resursunun təntənəli təqdimat mərasimi keçirilmişdir. Qarabağ Dirçəliş Fondunun yaradılmasını doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab etmək olar və bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münasibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda, qarşımızda təbiət ərazilərinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır. Qarabağ bölgəsi istər təbii sərvətləri, istərsə də biomüxtəlifliyi baxımından çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılacaq. Burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa ediləcək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil ediləcək. Transsərhəd çaylar Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və bu çirklənmələr bu gün də davam edir. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfindən Ermənistana təsir göstərilməsində “Karabakh.Center" internet-resursunun imkanlarından geniş istifadə edilə bilər.

    Beləliklə, “Karabakh.Center” vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpası prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün vahid platformadır. Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” internet portalının təbliği işinə vətəndaş olaraq hər birimiz öz töhfəmizi verməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR