AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anası narkotik qəbul edən azyaşlı sığınacağa yerləşdirildi

  • + A
  • - A
  • 15-07-2021, 21:40

    Anası narkotik qəbul edən azyaşlı sığınacağa yerləşdirildi

    “Sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etməsi ilə bağlı fakt yerində araşdırılıb”.

    Bunu AzadMedia.az a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

    Onun sözlərinə görə, komitənin müraciəti əsasında, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçirilib:

    “Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib.

    Buna baxmayaraq, ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Mənzildə olan azyaşlı isə sığınacağa yerləşdirilib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR