Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən əmr imzalanıb.
Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ustad sənətkar Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş konfranslar, “Açıq dərs”lər, “Dəyirmi masa”lar, ədəbi–bədii gecələr, müsabiqə və yarışlar keçiriləcək.
Həmçinin ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş rəsm sərgiləri keçiriləcək, divar qəzeti və bülletenlər hazırlanacaq.
“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda şeir müsabiqəsi təşkil olunacaq.
Bundan başqa, məktəb kitabxanalarında Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində diskusiya və debatlar keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.