Xətai rayonu, Vunq-Tau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib:
“Hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır”.
Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.
13:05
Bakıda ağaclıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə başlayan yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.