Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Əhalinin sıx məskunlaşdığı, oduna daha çox tələbatın olduğu şimal bölgəsinin qazlaşdırılmayan 92 kəndinin əhalisinə bu günə qədər 5834 m3, cənub bölgəsinin qazlaşdırılmayan 321 kəndinin əhalisinə isə 4063 m3 odun tədarükü həyata keçirilib. Bunu Azadmedia.az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O qeyd edib ki, eyni zamanda, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə ümumilikdə 1278 m3 həcmində odun tədarük edilib.
Nazir müavininin sözlərinə görə, şimal bölgəsi üzrə Quba rayonunun qazlaşdırılmayan 30 kəndinə 2620 m3, Qusar rayonunun qazlaşdırılmayan 12 kəndinə 688 m3, Xaçmaz rayonunun qazlaşdırılmayan 13 kəndinə 1133 m3, Şabran rayonunun qazlaşdırılmayan 16 kəndinə 944 m3, Siyəzən rayonunun qazlaşdırılmayan 15 kəndinə 141 m3, Xızı rayonunun qazlaşdırılmayan 6 kəndinə 308 m3 oduncaq tədarük olunub.
“Cənub bölgəsi üzrə isə Masallı rayonunun qazlaşdırılmayan 12 kəndinə 106 m3, Cəlilabad rayonunun qazlaşdırılmayan 68 kəndinə 627 m3, Yardımlı rayonunun qazlaşdırılmayan 74 kəndinə 421 m3, Lənkəran rayonunun qazlaşdırılmayan 26 kəndinə 642 m3, Lerik rayonunun qazlaşdırılmayan 106 kəndinə 1642 m3, Astara rayonunun qazlaşdırılmayan 35 kəndinə 625 m3 oduncaq tədarük edilib”.
V.Kərimov onu da qeyd edib ki, qazlaşdırılmayan kəndlərin əhalisi Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göygöl ərazilərindəki Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edərək oduncaq əldə edə bilərlər.