AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb

  • + A
  • - A
  • 28-10-2021, 15:20


    “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi Vətən müharibəsində şəhid olmuş iş yoldaşları Rauf Əsgərovun şəhadətinin 1-ci ildönümü ilə əlaqədar Gəncə şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər.
    Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb.
    Qeyd edək ki, Rauf Əsgərov 6 oktyabr 2020-ci il tarixində ehtiyatda olan zabit kimi Ordu sıralarına çağrılıb. O, Silahlı Qüvvələrimizin baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
    Rauf Əsgərov oktyabrın 26-da Füzulinin Mərdinli kəndində şəhidlik zirvəsinə ucalıb. O, 28 oktyabr tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

    Müharibəyə qədər “AzerGold” QSC-nin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi vəzifəsində çalışmış qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Xatırladaq ki, Ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsində Səhmdar Cəmiyyətin 8 nəfər əməkdaşı iştirak edib. Rauf Əsgərovla yanaşı, QSC-nin Mühafizə xidmətinin əməkdaşı baş leytenant Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.
    “AzerGold” QSC Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına bir daha başsağlığı verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR