AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub

  • + A
  • - A
  • 30-10-2021, 17:56


    Oktyabrın 30-da Dövlət Gömrük Komitəsində dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatların təqdim olunması mərasimi keçirilib.
    Mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak ediblər.
    Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti çərçivəsində gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, müasir dövrün tələblərinə uyğun şəkildə təhsil almaları daim diqqət mərkəzində saxlanılıb.
    Bildirilib ki, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti respublikamızda gəncliyin inkişafına, dövlət quruculuğunda və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində təmsil olunmasına münbit şərait yaradıb.
    Səfər Mehdiyev diqqətə çatdırıb ki, bu gün ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı da bu siyasətin bariz nümunəsidir. O da qeyd olunub ki, Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir və könüllü gömrükçülər Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər.
    Komitə sədri Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyini, ölkədə gedən proseslərin daim önündə olduğunu bu baxımdan 44 günlük Vətən müharibəsinin Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
    Diqqət çatdırılıb ki, gömrük orqanlarında aparılan islahatlar çərçivəsində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət göstərilir və son 4 ildə şəxsi heyətin 40 faizə qədəri gənc nəslin nümayəndələrindən formalarşdırılıb.
    Səfər Mehdiyev bildirib ki, könüllü hərəkatı çərçivəsində bu günədək Dövlət Gömrük Komitəsində yüzlərlə gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. Komitə sədri dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini də yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
    Könüllü gömrükçülər adından çıxış edən Firavan Əlizadə və Murad Hüseyinli isə əldə etdikləri bilik və bacarıqları sınaqdan keçirmək, həyat və iş təcrübəsi qazanmaq baxımından könüllü hərəkatının önəmindən bəhs edib, yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Çıxış edənlər, eyni zamanda fəaliyyətlərinin uğurlu təşkilinə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
    Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin sədri tərəfindən dördüncü "Könüllü gömrükçü" dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub.
    Qeyd edək ki, dördüncü könüllü gömrükçü dəstəsində 203 nəfər təmsil olunub, ümumilikdə isə indiyə qədər Dövlət Gömrük Komitəsinin "Könüllü gömrükçü" dəstəsində fəaliyyət göstərən 600-ə qədər gənc sertifikat alıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR