“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları paytaxtın Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar ediblər. Dəfələrlə abonentlərlə maarifləndirici söhbətlər aparılmasına baxmayaraq əfsuslar olsun ki, bəzi vətəndaşlar öz qanunsuz əməllərindən çəkinmirlər. Birliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman sayğac olmadan qaz xəttinin rezin borular vasitəsi ilə birləşdirilməsi, sayğacın göstəricisinin geri çəkilməsi, pərakəndə şəkildə qaz xətlərindən istifadə halları müəyyən edilib. Aşkarlanan bütün faktlar üzrə materiallar toplanılaraq, ölçü götürülməsi üçün aidiyyatı strukturlara təqdim edilib. “Azəriqaz” İB bir daha vətəndaşları qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırır.