AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AĞILLI SAYĞACLARIN TƏTBİQİ ÜÇÜN İŞLƏR DAVAM ETDİRİLİR

  • + A
  • - A
  • 4-03-2022, 16:31

    AĞILLI SAYĞACLARIN TƏTBİQİ ÜÇÜN İŞLƏR DAVAM ETDİRİLİR

    "Azərbaycanda indiyə qədər ağıllı sayğaclar olmayıb. Bizim sonradan ödənişli sayğaclara keçid etməyimizdə əsas məqsədimiz ağıllı, yəni smart sayğaclara nail olmaqdır”. Bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Birlikdə media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə, SOCAR xüsusi proqram üzərində işləyir: "Bu proqrama əsasən, abonentlər sayğaclarının şəklini çəkib "Azəriqaz" İstehsalat Birliyinin informasiya mərkəzinə göndərəcək. İnformasiya mərkəzi sərfiyyatı, borcun hamısını abonentə göstərə biləcək". Bundan əlavə o bildirib ki, bu proqram vasitəsilə onlayn ödənişlər də etmək mümkün olacaq: "Yəni sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlərin sayğaca müdaxiləsi olacaq. Bundan sonra ağıllı sayğacdan söhbət gedəcək. Bu sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək"-deyə o, vurğulayıb. Həmçinin bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacağı da qeyd edilib. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasınının təbii qazla necə təmin edilməsi ilə bağlı media nümayəndəsinin ünvanladığı sualı Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev cavablandırıb. Onun sözlərinə görə, "Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da Azərbaycanın hesabına təbii qazla təmin etmək mümkün olacaq". O, hazırda Naxçıvan Muxtar Respublikasına ikinci dövlət üzərindən təbii qaz verilməsinin həyata keçirildiyini deyib. 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günlərində Çağrı mərkəzinin gücləndirilmiş rejimdə çalışacağını mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Şöbə rəisinin sözlərinə görə, daxil olan bütün müraciətlər qəbul olunacaq və icraatı da təmin ediləcək. “Açıq qapı” aksiyasından yalnız Kütləvi İnformasiya Vasitələri nümayəndələri deyil, vətəndaşlar da yararlanır. Belə ki, görüş “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlandığından vətəndaşlar qaz təchizatı ilə bağlı suallarını ünvanlaya bilirlər. Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı suallara aydınlıq gətirib.
    Məlumat üçün bildirək ki, gələn həftənin cümə günü Birliyin baş direktoru Ruslan Əliyev cari ilin fevral ayının yekunlarına dair hesabatı media və QHT nümayəndələrinin diqqətinə çatdıracaq.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR