"Təbəssüm Yarat" könüllüləri Şəki şəhərində yerləşən uşaqlar evinə səfər edib.
Azadmedia.az xəbər verir ki, komanda Novruz bayramı münasibətilə yardım kampaniyası təşkil edərək yüzdən artıq uşağı sevindirib.
Yardımsevər insanlardan toplanan ianələr, "Biq Galeya", "AC Milan Azərbaycan" azarkeş qrupu, "Xan Lənkaran" PFK, millət vəkili İqbal Məmmədovun dəstəyi ilə uşaqlara bayram süfrəsi açılıb, məktəbli ləvazimatları, geyim, və oyuncaqlar hədiyyə edilib.
Xatırladaq ki, "Təbəssüm Yarat" kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda - Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik və Şəkidə baş tutub. 20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır.
Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.