AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri AmCham Azərbaycan üzvləri ilə görüşdü - FOTOLAR

  • + A
  • - A
  • 30-03-2022, 13:05

    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri AmCham Azərbaycan üzvləri ilə görüşdü - FOTOLAR

    Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri AmCham Azərbaycan üzvləri ilə görüşdü - FOTOLAR
    Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin iştirakı ilə Qarabağın bərpası və yenidənqurulmasına həsr olunan işgüzar görüş təşkil edib.
    Azadmedia.az xəbər verir ki, tədbirdə AmCham-ın 100-dən çox üzvü və bir çox yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.

    AmCham-ın Prezidenti Nərgiz Nəsrullayeva çıxışı zamanı Qarabağ Dirçəliş Fondunun fəaliyyətini təqdir etdiklərini, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpası məqsədilə Fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi “Zəfərdən dirçəlişə” meşə massivinin salınması layihəsində (https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe/layihe-haqqinda/) donor qismində iştirak etmək niyyətində olduqlarını vurğulayıb.

    Görüşdə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırkı fəaliyyət istiqamətləri, Qarabağın bərpası və yenidənqurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verən Rəhman Hacıyev yerli və xarici biznes nümayəndələri ilə belə görüş imkanları yaratdığına görə Azərbaycanda Amerika Ticarət Palatasına təşəkkürünü bildirib.

    Rəhman Hacıyev Fondun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edərkən bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra regionda yaranan yeni reallıq, eyni zamanda Qarabağda dağıntıların miqyası işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi olduqca zəruri edir.

    Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdığını vurğulayan sədr ianəçilik mədəniyyətinin təbliği və QDF-in bu istiqamətdə həyata keçirdiyi təşviqat tədbirləri barədə danışıb.

    R.Hacıyev Fondun həyata keçirdiyi bir çox layihələr barədə məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb
    İşğaldan azad edilən ərazilərdəki tarixi abidələrin, eyni zamanda Qarabağda ekoloji tarazlığın bərpasının Fond üçün ən prioritetli məsələlərdən olduğunu qeyd edən Rəhman Hacıyev, QDF-in bu istiqamətdə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib.

    Rəhman Hacıyev təqdimat zamanı tədbir iştirakçılarını ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə ərsəyə gələn “Karabakh.Center” internet-resursu (https://karabakh.center/az) və Ermənistan silahlı qüvvələrinin 44 günlük vətən müharibəsi dövründə dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan azyaşlı qurbanların xatirəsinə həsr olunan “Karabakhmemorial.com” (https://karabakhmemorial.com/) layihələri ilə tanış edib.

    Tədbirdə “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” fotosərgisi və videoçarxı nümayiş olunub.

    Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR